Rusiya “Qolfstrim”i ələ keçirmək üçün Su-27-ləri qaldırdı

24-01-2019, 09:35           
Rusiya “Qolfstrim”i ələ keçirmək üçün Su-27-ləri qaldırdı
Rusiya Baltik dənizindəki İsveç təyyarəsinin neytral zonada ələ keçirilməsi üçün Su-27 qırıcılarını havaya qaldırıb.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Su-27 havalandıqdan sonra İsveç təyyarəsinə yaxınlaşıb və onun İsveç Hərbi Hava Qüvvələrinin “Qolfstrim” kəşfiyyat təyyarəsi olduğunu müəyyən edib. İsveç təyyarəsinin uçuşu transponder işə salmadan həyata keçirdiyi aşkarlanıb.

Bundan sonra təyyarə Rusiya sərhədləri yaxınlığından uzaqlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.