Arvadı ilə dalaşan kişi özünü yandırdı, yaralılar var

21-10-2015, 22:58           
Arvadı ilə dalaşan kişi özünü yandırdı, yaralılar var
Bu gün axşam saatlarında Gəncədə yanğın hadisəsi baş verib.

"Kəpəz" TV ("Region" TV) xəbər verir ki, şəhərin Cavadxan qəsəbəsində Dilqəm Qocayev ailə münaqişəsi zəminində həyat yoldaşı Ruhanə Qocayeva ilə mübahisə edib və bundan sonra üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. R.Qocayeva və qayınatası Yusif Əhmədov onu xilas etmək istəyərkən özləri də yanıq xəsarətləri alıblar.

Eyni zamanda hadisə baş verən fərdi evin bir otağı yanıb. Hadisə yerinə Gəncə Şəhər Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Hər üç şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.