Rusiyada 6 nəfər təyyarənin trapından yıxılaraq xəsarət alıb

12-02-2019, 07:51           
Rusiyada 6 nəfər təyyarənin trapından yıxılaraq xəsarət alıb
Çərşənbə axşamı səhər Rusiyanın Barnaul şəhər aeroportunda 6 nəfər təyyarənin trapından yıxılaraq xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.

Hadisə Barnauldan Domodedovo hava limanına uçmalı olan "Ural Hava Yolları" aviaşirkətinə məxsus təyyarədə baş verib. Təyyarəyə minən zaman 6 nəfər trapdan yıxılıb. Onlar müxtəlif dərəcəli travmalar alıblar, əsasən də əziliblər. İki nəfər xəstəxanaya yerləşdirilib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru