Azərbaycan nefti bahalaşıb

12-02-2019, 01:03           
Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 63,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,81 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,61 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,82 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 61,96 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,99 dollar çoxdur.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.