Qadınlar saçyolduya çıxdıları — Polis işə qarışdı

22-10-2015, 22:53           

Bakının Xətai rayonunda qadınlar arasında dava olub.

Hadisə Nobel prospekti, 15 ünvanında yerləşən “Fircraft” şirkətində qeydə alınıb. Həmin şirkətdə işləyən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Diana Məmmədova ilə iş yoldaşı, 1988-ci il təvəllüdlü Emiliya Hüseynova arasında mübahisə yaranıb.

Mübahisə zamanı Diana Məmmədova iş yoldaşını döyərək ona xəsarət yetirib. Bu zaman Emiliya da Diana Məmmədovanı vurub. Hər iki qadın xəsarət alıb.

Onlar bir-birindən Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə şikayət ediblər.


Faktla bağlı araşdırma aparılır. (teleqraf.com)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.