İlon Mask bankdan 61 milyon dollar kredit götürdü

23-02-2019, 08:27           
İlon Mask bankdan 61 milyon dollar kredit götürdü
"SpaceX" şirkətinin rəhbəri İlon Mask "Morgan Stanley" bankından 61 milyon dollarməbləğində ipoteka götürüb.

Teleqraf.com xəbər verir ki, amerikalı iş adamı krediti 30 il ərzində ödəyəcək.

Kredit üzrə aylıq ödəniş 180 min dollar təşkil edir.

"Bloomberg"in məlumatına görə, Kaliforniya ştatında bir neçə daşınmaz əmlakın alınması üçün təqribən 50 milyon dollar məbləğində kreditlər ötən ilin sonunda razılaşdırılıb.

Mask həmçinin 2012-ci ildə götürdüyü ipoteka kreditini yenidən maliyyələşdirib. Bu, öz növbəsində, banka borc məbləğini artırıb.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.