Əhaliyə banklarla bağlı şad xəbər – Müddət artırıldı

24-02-2019, 18:49           
Əhaliyə banklarla bağlı şad xəbər – Müddət artırıldı
“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik qüvvəyə minib.

Publika.az xəbər verir ki, "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində "3 (üç)” sözləri "4 (dörd)” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, qanunun 3-cü maddəsi qorunan əmanətçinin qorunan əmanətinin tam sığortalanmasını nəzərdə tutur. Beləliklə əmanətlərin qorunması müddəti 4 ilədək artırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.