Azərbaycan qış vaxtına keçdi

25-10-2015, 10:19           

Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu gün saat 05:00-da ölkə ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv edilib.

Qeyd edək ki, 1981-ci ildən dünyanın 76 ölkəsində yay vaxtından istifadə edilir, hər il saatlar irəli çəkilir. Yay vaxtının müasir sistemini 1895-ci ildə Yeni Zelandiya entomoloqu C.V.Hadson təklif edib. İngiltərədə ilk dəfə isə saatlar 1908-ci ildə çəkilib.

Azərbaycanda isə Nazirlər Kabinetinin yay vaxtının tətbiq edilməsi haqqında 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Tövsiyyə: Mütəxəssislərin sözlərinə görə, saat çəkiləndən sonra insan orqanizminin ona uyğunlaşması 2 həftəyə yaxın vaxt alır. Bu müddət ərzində həm evdə, həm də işdə fiziki və mənəvi yükü azaltmağa çalışmaq lazımdır. Əgər imkan varsa, ağır olan işləri təxirə salın. Orqanizmə daha çox yatmağa imkan verir. Əvvəlki vaxtla yatmağa, yeni vaxtla isə yuxudan durmağa çalışın. Yuxu vaxtını ən azı 1 saat artırın. Nəhayət ən önəmli amillərdən biri olan qidaya diqqət edilməlidir. Daha çox vitamin, xüsusilə C vitamini qəbul etməyə çalışın.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.