Yanan mənzildən meyidi çıxan şəxs tanınmış ekstrasensdir - İlginc iddia

7-03-2019, 19:49           
Yanan mənzildən meyidi çıxan şəxs tanınmış ekstrasensdir - İlginc iddia
Yaşayış kompleksində yanğın zamanı baş verimiş ölümlə bağlı maraqlı təfərrüatlar üzə çıxıb. Criminal.az saytının əldə etdiyi məlumata görə, yanğın baş vermiş evdən meyidi aşkarlanan şəxs 42 yaşlı Natiq Camal oğlu Şıxəliyevdir.
Bina sakinləri Criminal.az-a bildirdi ki, N.Şıxəliyev tanınmış ekstrasens olub. Yanğın baş verən mənzil özünə məxsus olub. Yarımtəmirli mənzildə tək yaşayırmış. Dünən həmin mənzildə qadınla dava səsi gəlirmiş.
Qonşular N.Şıxəliyevin öldürüldüyünü iddia edirlər.
Hazırda hadisə yerində prokurorluq əməkdaşları araşdırma aparır. İstintaq N.Şıxəliyevin yanğın nəticəsində, yoxsa qəsdən öldürülməsini üzə çıxaracaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.