Eldar Mahmudovun dörd mühafizəçisi həbs edildi - ayrı-ayrı şəxslərə qarşı zorakılıq sərgiləməkdə ittiham edilirlər

26-10-2015, 20:57           
Eldar Mahmudovun dörd mühafizəçisi həbs edildi - ayrı-ayrı şəxslərə qarşı zorakılıq sərgiləməkdə ittiham edilirlər
“Sabiq MTN rəhbəri Eldar Mahmudovun şəxsi mühafizə xidmətinin dörd əməkdaşı həbs edilib”.

Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, həbs edilən mühafizəçilər sabiq nazirin qanunsuz göstərişlərini icra etməkdə, ayrı-ayrı şəxslərə qarşı zorakılıq sərgiləməkdə ittiham edilir.

Mənbənin sözlərinə görə, aparılan araşdırmaların sonucunda E.Mahmudov və ailə üzvlərinin mühafizəsini həyata keçirən daha bir neçə şəxsin məsuliyyətə cəlb ediləcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.