Daha bir erməni əsgər yaralandı

8-03-2019, 11:11           
Daha bir erməni əsgər yaralandı
Ermənistan ordusunun əsgəri yaralanıb.

Cebhe.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün “Facebook” hesabında yazıb.

İnformasiyada hərbiçinin Suriyanın minadan təmizlənməsi zamanı yaralandığı bildirilib.

Minaaxtaranın kimliyi barədə məlumat verməyib.

Qeyd edək ki, bu ilin fevralın 8-də Suriyaya Ermənistan Silahlı Qüvvələrinin 83 hərbçisi humanitar yardım dəstəsinin tərkibində göndərilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.