Yunus Oğuz fəxri akademik adına layiq görülüb

26-10-2015, 20:59           
Yunus Oğuz fəxri akademik adına layiq görülüb
Yazıçı-publisist Yunus Oğuz Tatarıstana səfəri çərçivəsində "Avropa-Asiya" - Dünya Kültürü Uluslararası Humanitar Akademiyasının fəxri akademiki adına layiq görülüb.

Trend-in məlumatına görə, Y.Oğuza fəxri akademik diplomu və ”çiyinliy”ini akademiyanın rektoru Engel Rızakulı təqdim edib.

Qeyd edək ki, yazıçı-publisist Y.Oğuz Tatarıstana bu ölkənin Yazıçılar Birliyinin (TaYB) dəvəti ilə səfər edib. Səfər zamanı Tatarıstan Yazıçılar Birliyində Y.Oğuzun rus dilinə çevrilmiş bədii və elmi kitablarının təqdimat-müzakirəsi keçirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.