Salyanda baş verən güclü yanğın söndürülüb (VİDEO)

8-03-2019, 18:17           
Salyanda baş verən güclü yanğın söndürülüb (VİDEO)
Salyan şəhərində ümumi sahəsi 242 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 2 otağın və mətbəxin yanar konstruksiyaları 95 m² sahədə yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX
Salyanda yanğın hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə Salyan rayonu, Təbriz Xəlilbəyli küçəsində yaşayış evlərinin birində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Hazırda yanğınsöndürənlər alovu sondürməyə çalışırlar.

Qeyd edək ki, yanğın baş verən evdə bir müddət əvvəl ölüm hadisəsi də baş vermişdi. Belə ki, həmin evdə yaşayan bir qadın dəm qazından boğularaq dünyasını dəyişmişdi.
Video burda:
https://cdn.trend.az/media/pictures/2019/03/08/video_trend_fire_080319_001.mp4












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.