19 və 20 yaşlı gənclər qəzada öldü

9-03-2019, 12:30           
19 və 20 yaşlı gənclər qəzada öldü
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org-un verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

Ağır tonnajlı “TIR”la “VAZ 21 06”nın toqquşması nəticəsində “VAZ”da olan iki nəfər- Şəmkir rayon sakinləri, 1999-cu il təvəllüdlü Kazımov Ruslan və 2000-ci il təvəllüdlü Cəlilov Elxan dünyasını dəyişib. Hadisə zamanı iki nəfərin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.