Meksikada silahlılar avtobusun 19 sərnişinini oğurlayıblar

11-03-2019, 08:00           
Meksikada silahlılar avtobusun 19 sərnişinini oğurlayıblar
Naməlum silahlılar Meksikanın şimal-şərqindəki Tamaulipas ştatının Tampiko şəhərindən Reynos istiqamətində hərəkət edən avtobusun 19 sərnişinini oğurlayıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Universal" qəzeti bildirib.

Qeyd edilir ki, iki avtomobildə hərəkət edən cinayətkarlar avtobusu Palo-Blanko ərazisində dayanmağa məcbur ediblər. Onlar bundan sonra 19 sərnişini avtobusdan çıxararaq öz avtomobillərinə oturdublar və naməlum istiqamətə gediblər. Reynosa avtobusdakı 41 sərnişindən yalnız 22-i çatıb.

Meksikada son bir neçə ildə zorakılıq görünməmiş miqyas alıb. 2018-ci ildə qətllərin sayı rekord həddə - 33,3 minə çatıb. Latın Amerikası ölkəsinin minlərlə sakininin həlak olması üçün məsuliyyəti narkomafiya daşıyır.

Daha əvvəl Quanaxuato ştatının Salamanka şəhərində gecə klubuna silahlı hücum nəticəsində azı 15 nəfər həyatını itirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.