Bakıda 25 yaşlı oğlan 13-cü mərtəbədən yerə yıxılaraq ölüb

11-03-2019, 08:31           
Bakıda 25 yaşlı oğlan 13-cü mərtəbədən yerə yıxılaraq ölüb
Binəqədi rayonunda bədbəxt hadisə zamanı bir nəfər ölüb.

ONA-nın xəbərinə görə, hadisə 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 16 ünvanında baş verib.

25 yaşlı Həsənov Elvin Azad oğlu yaşadığı binanın 13 mərtəbəsində ki mənzilin eyvanından yerə yıxılaraq ölüb. Hadisəni ilk görən binanın komendantı Elmixan Museyibov olub.

Şahid ONA-ya verdiyi müsahibəsində bildirib ki, E.Həsənov yıxılan zaman valideynləri toyda olub. Onlar hadisədən xəbər tutan kimi mənzilə gayıdıblar.

Azad Hədənov bildirib ki, oğlu evyanda paltar qurutmaq üçün asılan iplər söküldüyündən həmin ipləri bərkitmək üçün dəmirləri düzəldirmiş.

Meyit Məhkəmə Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.