Un, ət, araq bahalaşıb - RƏSMİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

11-03-2019, 20:00           
Un, ət, araq bahalaşıb - RƏSMİ GÖSTƏRİCİLƏR AÇIQLANDI
2019-cu ilin yanvar-fevral aylarında ərzaq məhsulları və xidmətlər bahalaşıb.

FED.az xəbər verir ki, fevralda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz artıb.

Ay ərzində düyünün, unun, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, bitki yağlarının, meyvə-tərəvəzlərin, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətləri yüksəlib.

Ay ərzində qeyri-ərzaq mallarından ayaqqabıların, mebelin, mobil telefonların, televizorların, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma qeydə alınıb.

Həmçinin, fevral ayında mənzillərin icarə haqqı, avtomobillərin təmiri, tibbi və stomatoloji xidmətlərin, ölkə daxilində istirahət turlarının qiymətləri qalxıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə, 1,9 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz artıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.