Britaniya parlamenti BREXİT-ə dair razılaşmanı rədd edib

13-03-2019, 08:02           
Britaniya parlamenti BREXİT-ə dair razılaşmanı rədd edib
Britaniya parlamenti Avropa Birliyi ilə BREXİT-ə dair razılaşmanı növbəti dəfə rədd edib.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, çərşənbə axşamı keçən səsvermə zamanı 391 deputat razılaşmanın əleyhinə çıxıb, lehinə isə 242 millət vəkili səs verib.

Tereza Meyin təqdim etdiyi sənədin qəbul olunmayacağı haqda əvvəlcədən bilinirdi. Müxalifətdən başqa öz partiyasından olan deputatların bir qismi də baş nazirə qarşı çıxıblar.

Səsvermə növbəti günlər davam olunacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.