Moskvada yeni cecen azərbaycanlı qaşıdurması...

13-03-2019, 12:59           
Moskvada yeni cecen azərbaycanlı qaşıdurması...
Ötən gün martın 12-də axşam üç naməlum şəxs Moskvanın Krasnıy Zor küçəsində şin montajı emalatxanasının əməkdaşlarına hücum edib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hücum edənlər iki azərbaycanlıya bıçaqla zərbələr endiriblər və qaçıb gizləniblər. Habelə silah səsləri eşidilib. Hücumun motivi bəlli deyil.

Polis əməkdaşları Aminyevsk şossesində şübhəlilərdən birini tutublar. Onun “Mercedes” avtomobilində hərəkətdə olduğu bildirilir. İlkin məlumata görə saxlanılan şəxs Çeçenistan sakinidir və Moskvada yaşayır.

Yaralılar kəllə-beyin travmaları, kəsilmiş-deşilmiş yaralar və odlu silah yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Hücum edənlər travmatik tapança tətbiq edib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Xatırladaq ki, bir neçə həftə əvvəl Moskvada çeçenlərlə azərbaycanlılar arasında ciddi münaqişə olmuşdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.