Azərbaycanda daha bir zəlzələ oldu

16-03-2019, 09:22           
Azərbaycanda daha bir zəlzələ oldu
Zərdab rayonunda zəlzələ olub.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumata görə, ilkin vaxtlara əsasən saat 08:34-də Zərdab stansiyasından 8 km cənubda Zərdab ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.3, dərinliyi 30 km olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, ötən gün Şamaxı və Ağsu rayonlarında da zəlzələ olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.