Ermənistan tərəfə keçən azərbaycanlı kimdir? – Rəsmi

16-03-2019, 21:37           
Ermənistan tərəfə keçən azərbaycanlı kimdir? – Rəsmi
Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan vətəndaşının sərhəd pozucusu qismində saxla­nılması ba­rədə məlumat yayılıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətindən Axar.az-a verilən məlumata görə, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alın­ıb, həmin şəxsin Qazax rayonunun Yu­xarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İb­ra­himov Elvin Arif oğlu olması müəyyən olunub.
Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.
Hazırda araşdırma işləri davam edir.
Qeyd edək ki, Ermənistan mediası onun sərhədi keçərkən ayağından vurulduğu və yaralı halda saxlanıldığını açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.