Rusiyada azərbaycanlı bir yumruqla adam öldürdü

28-10-2015, 22:46           
Rusiyada azərbaycanlı bir yumruqla adam öldürdü
Kostroma vilayətində “Qaliçe” mağazalar şəbəkəsində alıcını öldürən azərbaycanlı nəzarət altına alınıb

Bu barədə rod-pravo.org məlumat yayıb. Xəbərə görə, qətl hadisəsi oktyabrın 24-də axşam saatlarında baş verib.

Məlumata görə, “Qaliçe” mağazalar şəbəkəsində iki şəxs arasında mübahisə yaranıb. Onlardan biri küçəyə çıxıb və rəqibini orada gözləyib. İkinci kişi küçəyə çıxarkən adı hələ də açıqlanmayan azərbaycanlı onun başına bir yumruq zərbəsi vurub. 29 yaşlı kişi təcili yardım maşınında ölüb.

Rusiya İstintaq Komissiyasının Kostroma vilayəti üzrə İstintaq İdarəsinin Qaliçe rayonlararası istintaq şöbəsində “ölümlə nəticələnən sağlığa bilərəkdən ağır xəsarət yetirmə” maddəsi ilə cinayət işi açılıb və bu gün - oktyabrın 28-də o, nəzarət altına alınıb (oxu.az).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.