Rabitə Nazirliyinə giriş-çıxış yasaqlanıb: Nə baş verir?

30-10-2015, 00:17           
Rabitə Nazirliyinə giriş-çıxış yasaqlanıb: Nə baş verir?
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yoxlama aparılır və nazirliyin binasına giriş-çıxış yasaqlanıb.

AzNews.az-a daxil olan məlumata görə, bir neçə gündür nazirlikdəki “təmizləmə” işləri ilə yanaşı yoxlamalar da aparılırmış.

11 ildir nazir işləyən Əli Abbasovun “vurulması” da Dövlət Xüsusi Mühafizə Xidmətinin nəzarətiylə aparılan yoxlamalar zamanı aşkarlanan dəhşətli faktlarla bağlı olub. Məlum olub ki, “MTN cinayətləri”nin bir çoxu bu nazirliyin hesabına həyata keçirilirmiş.

Elə buna görə də Əli Abbasov içdən çıxarılmamışdan öncə - iki gün əvvəl nazirliyin aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən azad olunaraq həbs edilib. Həmçinin nazirliyin tabeçiliyində olan BTRİB-in rəhbəri Beytulla Hüseynov da işdən çıxarılaraq, dəmir barmaqlıqlar arasına salınıb.

Məlumata görə, hər iki yüksək vəzifəli şəxsin Eldar Mahmudov bandasının üzvü olduğu aşkarlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.