“MTN işi”nə görə vurulan məmurun yerinə təyinat olub

31-10-2015, 20:49           
“MTN işi”nə görə vurulan məmurun yerinə təyinat olub
Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan uzaqlaşdırılandan sonra yaranan ajiotaj genişlənməkdə davam edir. Məlum olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin bir neçə əməkdaşı ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də 2 vəzifəlisi işdən azad edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Xətai Rayon İcra Hakimiyyətindən Modern.az saytına verilən məlumata görə, icra başçısının müavini Xeyrulla Hüseynli də “MTN işi”nə görə vəzifəsindən uzaqlaşdırılıb. Onun əvəzinə Qafur Rəhmanov təyin edilib.
O, indiyədək icra hakimiyyətinin mənzil kommunal və texniki xidmət sahələrinin rəisi idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.