Bakıda səfir köməkçisi qəza törətdi

31-10-2015, 21:16           
Bakıda səfir köməkçisi qəza törətdi
Bakıda Hindistan səfirinin köməkçisi qəzaya düşüb.

Musavat.com-un məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.

A.Səhhət küçəsində Bakı sakini, 1975-ci il təvəllüdlü Rüstəm Rüstəmovun idarə etdiyi "Toyota-Camry" markalı 90-RR-775 dövlət nömrə nişanlı avtomobillə, Hindistan vətəndaşı, həmin ölkənin Azərbaycandakı səfirinin köməkçisi 1971-ci il təvəllüdlü Kumar Şarma Pramudun idarə etdiyi "Hyundai Accent" markalı maşın toqquşub.

Maşınlara ciddi ziyan dəysə də sürücülər yüngül bədən xəsarətləri alıb. Hər iki sürücü xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya səbəb səfir köməkçisinin yol hərəkəti qaydasını kobud pozması olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.