Azərbaycan himni yeni versiyada səsləndiriləcək

19-04-2019, 19:40           
Azərbaycan himni yeni versiyada səsləndiriləcək
Bu dəfə himni muğam ifaçısı Bəyimxanım Vəliyeva və vokal ifaçısı Nurlan Növrəsli oxuyacaq

Formula 1 üzrə Azərbaycan Qran Prisinin başlamasına sayılı günlər qalıb. Sputnik Azərbaycan xəbər verir ki, bu gün akkreditasiyadan keçən jurnalistlər üçün seminar keçirilib. Bakı Şəhər Halqasının (BŞH) əməkdaşları jurnalistlərə yeni qaydalar haqqında məlumatlar veriblər.

Tədqimat zamanı maraqlı məqamlara toxunan əməkdaşlar bildiriblər ki, Formula 1 yarışının rəsmi açılışı zamanı Azərbaycan Himni yeni versiyada tamaşaçılara təqdim olunacaq. Bu dəfə himni Əməkdar artist, muğam ifaçısı Bəyimxanım Vəliyeva və vokal ifaçısı Nurlan Növrəsli oxuyacaq.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 26, 27, 28 aprel tarixlərində keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.