Salyan 60 saylı seçki dairəsində seçici aktivliyi qeydə alınıb

1-11-2015, 13:29           

teref.aznun 60 saylı Salyan- Neftçala Seçki Dairəsinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə dairənin məntəqələrində seçki aktivliyi müşahidə olunur.
Dairənin Qarabağlar, Xələc, Kürsəngi, Aşağı Surra, Cəngəm, Çuxanlı, Qaracalar kəndlərində yerləşən seçki məntəqələrini gəzən əməkdaşımız bu məntəqələrdə seçicilərin xüsusi aktivliyini qeyd edir. Dairədə "ekzit pol" aparılır.
Əməkdaşımızın verdiyi xəbərə görə saat 12 -yə qədər heç bir seçki pozuntusu qeydə alınmamışdır.
Əməkdaşımızın telefonla verdiyi xəbərə görə saat 12-yə qədər təqribən seçicilərin 11000 nəfəri səs verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.