Baş Prokurorluq Elşad Abdullayevin bacısı oğlu haqda AÇIQLAMA yaydı

1-11-2015, 13:52           
Baş Prokurorluq Elşad Abdullayevin bacısı oğlu haqda AÇIQLAMA yaydı
“Bəzi kütləvi informasiya vasitələrində Azad Mursalıyevin həbs olunması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur.

Göstərilənlərlə bağlı bildiririk ki, Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Azad Mursalıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək məqsədi ilə müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulub”.

Bu sözləri Modern.az-a Baş Prokurorluğunətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə A.Mursalıyev oktyabrın 31-də saat 18.45-də dövlət sərhədini “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsi vasitəsi ilə keçərkən saxlanılıb.

Qazax rayon Polis Şöbəsində ölkə ərazisindən çıxışına qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb.

Qeyd edək ki, Azad Mursaliyev fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin bacısı oğludur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.