Sabirabadda namizəd Pənah Hüseynə hücum olub

1-11-2015, 19:50           
Sabirabadda namizəd Pənah Hüseynə hücum olub
63 saylı Sabirabad seçki dairəsinin 13 saylı seçki məntəqəsində namizəd Pənah Hüseynova hücum olub.
P.Hüseyn artıq 13 saylı məntəqədə ona edilən hücumla bağlı polis şöbəsinə müraciət edib: “Məni söyən, ölümlə təhdid edən Əlabbas Şıxəliyevin oğlu Nuru Şıxəliyev Bakıda yaşayır. Onlar dəstə ilə Bakıdan gəlib quldurluq edirlər. O, kriminal aləmlə əlaqəlidir. Polisə də mənə edilən hücumla bağlı şikayət etmişik”.
Pənah Hüseynin seçki qərargahından verilən məlumata görə, üç məntəqə çıxılmaqla, saat 17.00-a 9 minə yaxın seçicinin seçkiyə gəlməsi qeydə alınıb. Buraya bülleten götürən, yəni həm də karusel edən bütün seçicilər daxildir. “Seçkinin taleyinə təsir göstərən yeni məlumatlar almışıq. Bunlar səslərin sayılmasından sonra açıqlanacaq”,- deyə P.Hüseyn vurğulayıb.

P.Hüseyn bildirib ki, saat 16.00-dan başlayaraq rayonun icra başçısı Nazim İsmayılovun tapşırığından sonra məntəqələrdə saxtakarlıq kütləvi hal alıb. Məntəqə sədrləri arasında olan mənbələrimizin məlumatına görə, məntəqələrə yetərsayı təmin etmək tapşırılıb. Mindən çox seçicisi olan məntəqədə azı 500 nəfərlik sayı təmin etmək, yazmaq tapşıılıb. Qutudan çıxan bülletenlərin nəticəsindən asılı olmayaraq, Elçin Quliyevə hər məntəqədə 60-65 faiz səs vermək tapşırılıb. Həmin vaxta- yəni 16.00-a qədər qanunamüvafiq fəaliyyət göstərən az sayda məntəqələr də bundan sonra ağına-bozuna baxmadan açıq şəkildə qutulara bülletenlər atılmasına başlanıb. Bu da bizə çatan məlumatların doğru olduğunu təsdiqləyir. DSK sədrləri də şişirdilmiş seçici sayı təqdim edirlər. Bildirilir ki, tapşırıq birbaşa Prezident Adminstrasiyasından verilib və buna görə heç nədən çəkinmədən saxtakarlıq etmək olar. Səsvermə gününə qədər icra başçısının birbaşa müdaxilələri az idi. Saxtakarlığın koordinasiyası icra hakimiyyətindən verilib, icra hakimiyyətinin şöbə müdiri İlham Əsgərovun otağından aparılır. Maraqlıdır ki, rayon məntəqələrində quraşdıımış veb kameralar və məktəblərin özlərinə məxsus kameralar vasitəsi ilə seçicinin, seçkinin necə getməsi məsələsi onun otağından izlənilir”.

Pənah Hüseyn müşahidəçilərinə sona qədər müşahidəni davam etdirməyi tapşırıb.

6 saylı məntəqədə isə sədrin qarşısında E.Quliyevin adına nişanlanmış xeyli bülleten aşkarlanıb.
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.