60 saylı Salyan- Neftçala Seçki Dairəsində seçicilər Fəzail Ağamalı dedilər - Qutudan kim çıxacaq?

1-11-2015, 22:01           

teref.aznun əməkdaşının 60 saylı Salyan- Neftçala Seçki Dairəsindən verdiyi xəbərə görə seçki dairəsində seçkilər müfəfəqiyətlə başa çatıb. Əməkdaşımızın Ukraynadan olan müçahidəçilərlə söhbəti zamanı müçahidəçilərin seçkilərdən razı qaldıqları ifadə olunub. Əməkdaşımızın dediyinə görə o ancaq Ukraynadan olan müşahidəçilərə rast gəlib. Başqa beynəlxalq müşahidəçilər olmayıb. Ukraynadan olan müşahidəçilər 11, 12, 13, 14 saylı məntəqələrdə olublar və seçkilkərin gedişini müşahidə ediblər. Müşahidəçilərin dediyinə görə bu dairədə seçki şəffaf və demokratik tələblərə uyğun keçirilib.
"Yeniçağ" saytında verilən "Deputat oğlu müşahidəçini döydü" məqaləsi ilə bağlı teref.az olaraq deputat Fəzail Ağamalı ilə əlaqə saxladıq və ona oğlu Seymur Ağamalıyevin doğrudanmı belə hərəkətə yol verdiyi haqda sual verdik.
Fəzail müəllim onun Seymur Ağamalıyev adında oğlunun olmadığını və o məqalədə yazılan hadisələrin xeyli vaxtdır ona qarşı aparılan qara piarın tərkib hissəsi olduğunu dedi. Fəzail Ağamalının dediklərindən:
- Birinci, şəri atanda da, gərək elə atasan ki, bir az inandırıcı olsun. Əvvəla sizə deyim ki, mənim Seymur Ağamalıyev adında oğlum yoxdur. Bunu kim uydurubsa əziyyət çəkib heç mənim övladlarımın adını belə öyrənməyib. İkinci isə axı mən oğlumu niyə o kəndə göndərirəm? Mənim oğlum o kənddə nə gəzir ki, hələ kimi də döysün? Sadəcə kimlərsə öz qara keçmişlərində olan kriteriyalarla, türmə qanuunları ilə fikirləşirlər və məğlubiyyətlərinin əvəzini şər və böhtanla çıxırlar
teref.aznun seçkiləri bu dairədən müşahidə edən əməkdaşı yazıda adı çəkilən məntəqələrdə olduğunu və müşahidə apardığını dedi. Lakin əməkdaşımız o məntəqələrdə heç bir qarışıqlığa rast gəlmədiyini xüsusi ilə qeyd etdi. Əmıkdaşımız məntəqələrin qarşısında seçicilər ilə söhbətlərində aydınlaşdırıb ki, seçicilərin mütləq əksəriyyəti Fəzail Ağamalıya səs verməkdə qərarlıdırlar. Hər halda onun soruşduğu seçicilərn Fəzail Ağamalıya səs verdiyini və ya verəcəyini dedi.
teref.aznun əldə etdiyi məlumata görə 60 saylı Salyan Neftçala Seçki Dairəsində aparılan "exet pol"-un nəticələrinə görə Fəzail Ağamalı 67% lə qələbə çalıb!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.