Salyanda özünü çaya atmış müəllimənin axtarışları sabaha saxlanıldı

25-04-2019, 00:00           
Salyanda özünü çaya atmış müəllimənin axtarışları sabaha saxlanıldı
Bu gün Salyan rayonunun Seyidsadıqlı kəndində özünü Kür çayından qidalanan Akkuşa çayına ataraq intihar etmiş müəllimənin axtarışları qaranlıq düşdüyündən sabaha saxlanılıb.Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, çayın körpüsündə qadının ayaqqabıları və jileti aşkarlanıb. Onun azyaşlı övladı paltarın anasına məxsus olduğunu deyib.

Aysel Dadaşovanın evlərində yazıb qoyduğu məktubda isə onun ölümündə heç kəsin günahkar olmadığı bildirilib.
Qadının həyat yoldaşı Bakı şəhərində tikilən evlərdən birində rəngsaz işlədiyindən hadisə baş verən vaxt evdə olmayıb.
Aysel Dadşovanın son zamanlar xəstəlikdən əziyyət çəkdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.