ŞOK: Rusiyada daha bir sərnişin təyyarəsi QƏZAYA UĞRADI

6-05-2019, 18:46           
ŞOK: Rusiyada daha bir sərnişin təyyarəsi QƏZAYA UĞRADI
Rusiyanın Sibir vilayətindəki Norilsk şəhərində təyyarə qəzası baş verib.

Teref.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, NordStar hava yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi eniş zamanı zolağdan çıxıb. Hadisə zamanı göyərtədə 100 sərnişin olub. Onlar arasında ölən və yaralanan olmayıb. Sərnişinlər və heyət üzvləri təcili təxliyə edilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Xatırladaq ki, ötən gün Moskva-Murmansk marşrutu üzrə uçan təyyarə, texniki nasazlıq səbəbiylə “Şeremetevo” hava limanında təcili eniş edib. Laynerdə baş verən yanğın səbəbiylə 41 sərnişin həyatını itirib. Hadisə zamanı təyyarədə 73 sərnişin və 5 heyət üzvü olub. Həmin kadrlar anbaan lentə alınıb. /Redaktor.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.