Meksikada reaktiv təyyarə qəzası nəticəsində 13 nəfər ölüb

7-05-2019, 07:23           
Meksikada reaktiv təyyarə qəzası nəticəsində 13 nəfər ölüb
Meksikanın şimalında yerləşən Koauila ştatında yerə düşən şəxsi "Bombardier Challenger 601" tipli reaktiv təyyarənin göyərtəsində olan bütün sərnişin və heyət üzvləri ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi regionun İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təyyarədə 13 nəfər olub və onların hamısı həlak olub. Söhbət 3 heyət üzvü və 10 sərnişindən gedir. Təyyarə Koauila ştatının Okampo bələdiyyəsinin çətin keçiləbilən dağlıq ərazisinə düşüb. Hökumət araşdırmalara başlayıb. İlkin məlumatlara görə, təyyarə qasırğaya düşüb, sonra pilot təcili eniş etməyə çalışıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.