Təkərin partlaması ölümə səbəb oldu - Bakıda

9-05-2019, 00:00           
Təkərin partlaması ölümə səbəb oldu - Bakıda
Bakıda bədbəxt hadisə baş verib.

Teref.az xəbər verir ki, Nərimanov rayonu, Abışov küçəsində yerləşən “Ruzigar” şirkətinin qaynaqçısı təkəri qaynaq edərkən təkər partlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, hadisə nəticəsində 48 yaşlı qaynaqçı aldığı xəsarətlərdən dünyasını dəyişib.

O deyib ki, təcili yardım briqadası hadisə yerinə çatana qədər qaynaqçı keçinib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.