Azərbaycanda BƏDBƏXT HADİSƏ: ata və oğul boğularaq öldü

9-05-2019, 00:00           
Azərbaycanda BƏDBƏXT HADİSƏ: ata və oğul boğularaq öldü
abirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az “Report”a istinadən xəbər verir ki, hadisə Surra-Padarçöl kəndləri ərazisindən keçən hissədə baş verib.

İlkin məlumata görə, Şamaxı rayon dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb. Nəticədə bir ailənin 2 üzvü - Şamaxının Göylər kənd sakini, 1955-ci il təvəllüdlü Nuhiyev Sabahəli Seyidəli oğlu, 1980-cı il təvəllüdlü Nuhiyev Zamin Sabahəli oğlu suda boğularaq ölüb. Şamaxının Göylər kənd sakini, 1965-ci il təvəllüdlü Nuhiyeva Atlas Lələ qızı isə xəsarət alıb.

Ölənlərin meyitləri FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəsarət alan qadın isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aprılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.