Bakıda qəza: 160 minlik BMV bu hala düşdü - Foto

12-05-2019, 11:58           
Bakıda qəza: 160 minlik BMV bu hala düşdü - Foto
Ötən gün Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib.

Report xəbər verir ki, sürətlə hərəkətdə olan "M5 Competition Package" markalı avtomobil döngəyə sərt girərək idarəetmədən çıxıb və nəticədə aşıb.

Qəzanın dəqiq hansı şəraitdə baş verdiyi məlum deyil.

Hadisənin şəkilləri sosial şəbəkələrdə yayılıb.

"M5 Competition Package" yeni nəsil BMV M5 avtomobillərdəndir. O, 3,3 saniyəyə 100 km/saat sürət yığmaq imkanına malikdir. Qiyməti 160 min dollar civarındadır.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.