Bakıda yanaşı dayanmış avtomobillər yandı

12-05-2019, 12:05           
Bakıda yanaşı dayanmış avtomobillər yandı
Bakı şəhərinin Yasamal rayonunda 2 avtomobil yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi, salonu və yaxınlıqda "Hyundai" markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisənin səbəbi araşdırılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.