Nigerdə benzindaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb - FOTO

13-05-2019, 07:19           
Nigerdə benzindaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb - FOTO
Nigerin paytaxtı Niameydə, şəhərin hava limanına yaxın ərazidə benzindaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı artıb.

Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı ölənlərin sayı 76 nəfərə çatıb. Partlayış nəticəsində həmçinin xəsarət alanların da sayı artaraq 40 nəfərə çatıb.

Hadisə mayın 6-da baş verib. Belə ki, 50 tonluq yanacağı daşıyan avtomobil dəmiryol xəttində aşıb. İnsanlar benzin sızmasının qarşısını almaq istəyəndə partlayış baş verib.

Daha əvvəl hadisə zamanı 55 nəfərin həlak olduğu, 36 nəfərin yaralandığı bildirilirdi.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.