Yol qəzasında ölən şəxs icra başçısının sürücüsü olub

14-05-2019, 08:11           
Yol qəzasında ölən şəxs icra başçısının sürücüsü olub
Goranboyda avtomobil qəzasında dünyasını dəyişən şəxs Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, rayonun Səfikürd kəndi ərazisində “HOVO” markalı yük maşının “VAZ 2115″ markalı minik maşını ilə toqquşması nəticəsində dünyasını dəyişən şəxs –1969-cu il təvəllüdlü Əliyev Rauf İsmayıl oğlu Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.

Qeyd edək ki, R.Əliyev şəxsi minik avtomobilini idarə edərkən qəza törədib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.