Tbilisidə 4 yaşlı uşaq "Hörümçək adam" kostyumunda 8-ci mərtəbədən yerə atılıb

15-05-2019, 06:46           
Tbilisidə 4 yaşlı uşaq "Hörümçək adam" kostyumunda 8-ci mərtəbədən yerə atılıb
Tbilisidə 4 yaşlı uşaq “Hörümçək adam” geyimində özünü 8-ci mərtəbədən yerə atıb və sağ qalıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə "Грузия Online" portalı məlumat yayıb.

Bildirilir ki, uşaq evdə nənəsi ilə birgə olub. Qadın uşağın otaqda oynadığını düşünsə də, bir qədər sonra qonşular hadisə barədə xəbəri çatdırıb.

Hadisə şahidlərinin sözlərinə görə, uşaq bu yolla sevimli qəhrəmanını təkrarlamaq istəyib. O, ağır travma ilə xəstəxanaya çatdırılıb. Həkimlər azyaşlının vəziyyətini kafi hesab edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.