İsrail HHQ-də "ÇP": F-15 az qala Boeing-ə dəyəcəkdi

18-05-2019, 09:37           
İsrail HHQ-də "ÇP": F-15 az qala Boeing-ə dəyəcəkdi
İsrail Hərbi Hava Qüvvələrində fövqəladə hal baş verib. Havada yanacaq doldurulması prosesi zamanı F-15 qırıcı təyyarəsi Boeing hava tankeri ilə toqquşma təhlükəsi yaşayıb.

Milli.Az xəbər verir ki, hərbi təyyarə tapşırıq yerinə yetirərkən havada məsafə saxlamaq qaydasını pozub və yanacaq tankerinə təhlükəli həddə yaxınlaşıb. TSAXAL-dan (İsrail Silahlı Qüvvələrinin qısa adı-red.) bildiriblər ki, "heç bir mərhələdə iki təyyarə arasında birbaşa fiziki kontakt olmayıb".

Təyyarələrin havada yanacaqdoldurma təlimi dərhal dayandırılıb. HHQ komandanlığı insidenti araşdırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.