Rusiyada yeni rekord qeydə alınıb

20-05-2019, 07:45           
Rusiyada yeni rekord qeydə alınıb
Rusiyanın Primorye əyalətində keçirilən “Ölkələrarası Vladivostok Avtoşou”sunda yeni rekorda imza atılıb.

ONA “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, pouerlifting və ağır atletika çempionu İvan Savkin 18 ton 600 kiloqram ağırlığında olan yük maşının iplə çəkməyi bacarıb.

Qeyd edək ki, daha əvvəllər o, 11 ton 300 kilo ağırlığında bir gəmi və 18 tonluq traktoru öz gücü hesabına çəkərək rekord qırmışdı.

Onun yeni göstəricisi Ginnesin nümayəndələri tərəfindən rəsmiləşdiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.