Nyu-Yorkda "General Electric" binasında yanğın baş verib
21-05-2019, 06:45
Nyu-York şəhərinin mərkəzində yerləşən "General Electric" binasında yanğın baş verib.
Trend-in məlumatına görə, bunu "Tvitter" sosial şəbəkəsində şəhərin yanğından mühafizə xidməti yazıb. Yanğın Leksinqton 570 ünvanında, göydələnin 23-cü mərtəbəsində baş verib.