Zelenskidən Rusiyaya qarşı çağırış: Bacarmırıq, yardım edin!

21-05-2019, 06:52           
Zelenskidən Rusiyaya qarşı çağırış: Bacarmırıq, yardım edin!
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ı Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.

Axar.az xəbər verir ki, yeni dövlət başçısı bu istəyini inaqurasiya mərasiminə gəlmiş Ağ Ev nümayəndələri ilə görüşündə səsləndirib.

“Təkbaşına Krım və Donbasda Rusiyanın təcavüzkar siyasətinin qarşısını almağı bacarmarıq. Ona görə də bizə kömək lazımdır. Sizi Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıram”, - deyə Zelenski bildirib.
O, qeyd edib ki, Rusiya aqressiyasının qarşının alınmasında Vaşinqton Kiyevin əsas tərəfdaşı olaraq qalacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.