Polşa tarixində İLK: ehtimal 4,7 milyardda bir idi

21-05-2019, 06:53           
Polşa tarixində İLK: ehtimal 4,7 milyardda bir idi
Krakov klinikalarının birinin professoru Riçard Lauterbah şəhər sakininin altı əkiz dünyaya gətirdiyini bildirib.

RMF radiostansiyası xəbər verir ki, həkimlərin sözlərinə görə, qadının bir dəfəyə dörd qızı və iki oğlu olub. Uşaqlarının hər birinin çəkisi təxminən bir kiloqramdır. Doğuş hamiləliyin 29-cu həftəsində qeysər kəsiyi vasitəsilə həyata keçirilib.

Hazırda ananın vəziyyəti qənaətbəxşdir. Bəzi körpələrə respirator dəstəyi lazım olsa da, uşaqların hamısı sağlam doğulub.

Polşa Prezidenti Anjey Duda hadisə ilə əlaqədar valideynləri və tibb işçilərini təbrik edib və bunun ölkə tarixində ilk dəfə müşahidə olunduğunu bildirib.

Qeyd edək ki, mart ayında ABŞ-ın Texas ştatının sakini doqquz dəqiqə ərzində üç cüt uşaq dünyaya gətirmişdi. Klinikadan verilən məlumata əsasən, altı əkiz uşağın doğulma şansı 4,7 milyardda birdir (Azərtac).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.