DİN-dən “Tarqovı”nın bağlanmasına rəsmi - Münasibət

21-05-2019, 18:06           
DİN-dən “Tarqovı”nın bağlanmasına rəsmi - Münasibət
Daxili İşlər Nazirliyi mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmayacağına münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, bu barədə hər hansı açıqlama yaymayıblar:

“Biz belə bir məzmunda açıqlama yaymamışıq, bunu bizdən niyə soruşursunuz ki? Nə məhdudiyyət? Belə məlumat yaymamışıq”. Yayılan məlumata görə, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mayın 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami ("Tarqovı") və İstiqlaliyyət küçələrində və Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə, eləcə də “Respublika Günü” ilə əlaqədar “İstiqlaliyyət” küçəsindəki abidəni ziyarətə gəlmələrinə məhdudiyyətlər qoyulacaq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.