Suriyada yaraqlılar tanklarla hökumət qoşunlarına hücuma keçiblər

22-05-2019, 05:55           
Suriyada yaraqlılar tanklarla hökumət qoşunlarına hücuma keçiblər
Mayın 21-də Suriyada yaraqlılar tanklardan da istifadə etməklə hökumət qoşunlarının mövqelərinə hücuma keçiblər.

"Report" RT-yə istinadən xəbər verir ki, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

"21 may 2019-cu ildə qanunsuz silahlı birləşmələrin yaraqlıları "Hayat Təhrir əş-Şam" terror qruplaşmasının rəhbərliyi altında tanklardan və "cihad-mobil"lərdən istifadə etməklə Əl-Habit — Kafr-Nbuda və Kafr-Zayta — Hamamiyət istiqamətində hücuma keçməyə cəhd ediblər", — deyə o bildirib.

Onun sözlərinə görə, hazırda Suriya hökumət qoşunlarının bölmələri terrorçuların kütləvi hücumunun qarşısını almağa cəhd göstərir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.