Rusiyada quduz porsuq mağazaya soxularaq, üç nəfəri yaralayıb

22-05-2019, 06:40           
Rusiyada quduz porsuq mağazaya soxularaq, üç nəfəri yaralayıb
Rusiyanın Ufa şəhərində quduz porsuq mağazaya girərək üç nəfəri yaralayıb.

İnterfaks xəbər verir ki, porsuq onu tutmaq istəyən işçiləri dişləyib. Baytarların verdiyi məlumata görə, heyvan quduzluğa yoluxubmuş. Baytarlar iynə vuraraq, onu öldürməyə məcbur olublar.

Yaralanmış üç nəfərə quduzluq əleyhinə zərdab vurulub. Onlar hazırda xəstəxanada müalicə alırlar.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyada quduzluğa yoluxmuş ceyran da sakinlərə hücum etmişdi.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.