Azərbaycanda ağır yol qəzası – 4 nəfər həlak oldu

23-05-2019, 07:46           
Azərbaycanda ağır yol qəzası – 4 nəfər həlak oldu
Ələt-Astara magistralında ağır yol qəzası baş verib.
Hadisə yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində qeydə alınıb. Qəza zamanı 4 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir.

Belə ki, “Ford” markalı miroavtobus qarşıda gedən"Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna gətirilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda ölənlərin və yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.