Bakıda binanın zirzəmisində öldürülmüş kişi meyiti tapılıb

25-05-2019, 11:44           
Bakıda binanın zirzəmisində öldürülmüş kişi meyiti tapılıb
Bakıda gənc oğlan öldürülüb.

ONA-nın məlumatına görə, paytaxtın Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən binanın zirzəmisində üzərində xəsarətləri olan kişi meyiti aşkar edilib.

Hadisə barədə məlumat daxil olan kimi dərhal Nəsimi rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib və müvafiq ekspertizalar təyin olunub.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Orxan Mahir oğlu Əliyev olması müəyyən edilib.

Meyitin ilkin müayinəsi zamanı O.Əliyevin döyülməsi nəticəsində almış olduğu xəsarətlərdən öldüyü məlum olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.